Makvis

Makvis (fr. Magius) – həmişəyaşıl sərtyarpaqlı və tikanlı kolların və alçaqboylu ağacların (mərsin, ardıc və s.) cəngəlliyi. Aralıq dənizi ölkələrində aşağı dağ qurşağında sıx cəngəlliklər əmələ gətirir. Makvisə əsasən, tikanlı kollar daxildir: əksəriyyəti efiryağlı və kəskin qoxulu olur. Makvisin analoqları Avstraliyada skreb, Şimali Amerikada çapparal adlanır.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search